Bütün xəbərlər
Deputatlar Gürcüstanın hakim partiyasından istefa verdilər
Tarix: 29-06-2022 02:24 | Bölmə: Dünya

                      Deputatlar Gürcüstanın hakim partiyasından istefa verdilər



Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının yarandığı gündən onu təmsil edən bir çox deputat partiyanı tərk etmək qərarına gəlib.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə siyasi qüvvənin icraçı katibi Mamuka Mdinaradze bildirib.
Onun sözlərinə görə, siyasi şura üzvü və deputat Sozar Subari, həmçinin deputatlar Mixail Kavelaşvili və Dmitri Xundadze partiyanı tərk edirlər. Buna səbəb parlamentin bugünkü iclasında razılaşdırılmayan mövzular olub. 
Partiya ilə yanaşı, deputatlar parlamentdə çoxluq fraksiyasını və vəzifələrini də tərk edəcəklər.

 



Baxış sayı: 247


Bölməyə aid digər xəbərlər