22:20 / 15-05-2022
Tramp tviterə qayıtmayacaq
16:05 / 15-05-2022
Renat İbrahimov vəfat edib
Zelenski xalqa müraciət etdi
Tarix: 20-01-2022 00:47 | Bölmə: Dünya

                    Zelenski xalqa müraciət etdi


Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciət edib.
“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, o, müraciətində vətəndaşları “Rusiya təhlükəsi” ilə bağlı təşvişə düşməməyə çağırıb.
“Müharibə artıq səkkizinci ildir ki, davam edir, indi təşvişə düşmək, vəziyyəti gərginləşdirmək, qarabaşaq yarması və kibrit almaq vaxtı deyil”, - deyə Zelenski müraciətində bildirib. 
O qeyd edib ki, Ukrayna müharibə istəmir, lakin “müdafiəyə hazırdır”.
Zelenskinin sözlərinə görə, investorlara və biznesə “hücum” məqsədi ilə “Rusiyanın hücumu” barədə hesabatlar hazırlanır.
Qeyd edək ki, rəsmi Moskva açıqlamalarında “Rusiyanın hücum planı” ilə bağlı bəyanatların NATO-nun sərhədyanı bölgələrdə kontingentini artırmaq üçün bəhanə kimi istifadə olunduğunu söyləyib.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər