Bütün xəbərlər
Əfqanıstanda 9 yaşlı qız satıldı - “Pərvanə ucuz idi” + Video
Tarix: 03-11-2021 02:24 | Bölmə: Dünya

                   Əfqanıstanda 9 yaşlı qız satıldı


Əfqanıstanda 9 yaşlı Pərvanə Məlik 2200 dollar qarşılığında 55 yaşlı kişiyə satılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “CNN İnternational” məlumat yayıb.
Bildirilir ki, bir neçə ay əvvəl 12 yaşlı qızını ərə vermək üçün satan Əbdül Məlik bu dəfə Pərvanəni kameralar qarşısında Qurban adlı qoca kişiyə satıb. O, ailəsini aclıqdan xilas etmək üçün bu addımı atdığını deyib. Əbdül pulla yanaşı, Qurbandan qoyun və tarla da alıb.
Həyat yoldaşı olduğunu deyən Qurban “Pərvanə ucuz idi və atası çox yoxsuldur. Pula ehtiyacı var. Pərvanə evimdə işləyəcək, onu döyməyəcəyəm”, - deyə açıqlama verib.

                         










Baxış sayı: 262


Bölməyə aid digər xəbərlər