Bütün xəbərlər
Ölkə prezidenti girov götürüldü, oyun təxirə salındı
Tarix: 06-09-2021 09:02 | Bölmə: Dünya
                  

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində, sentyabrın 6-da keçirilməli olan Qvineya - Mərakeş oyunu təxirə salınıb.
Fanat.Az Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Qvineyadakı silahlı dövlət çevrilişidir.
Qeyd edək ki, bir qrup hakimiyyətə müxalif qüvvə silahlı basqın edərək ölkə prezidentini girov götürüb. Mövcud konstitusiya qüvvədən düşmüş elan edilib və Qvineyaya giriş-çıxışa ən azı birhəftəlik qadağa qoyulub. 



Baxış sayı: 398


Bölməyə aid digər xəbərlər