23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
İtaliyada genişmiqyaslı mafiya əməliyyatı - 70 nəfər həbs olundu
Tarix: 08-04-2021 11:47 | Bölmə: Dünya

                    İtaliyada genişmiqyaslı mafiya əməliyyatı


İtaliyada mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə genişmiqyaslı xüsusi əməliyyat çərçivəsində təxminən 70 nəfər həbs olunub, ümumilikdə 1 milyard avro dəyərində mal müsadirə olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” İtaliyanın Maliyyə Qvardiyasının komandirliyinə istinadən məlumat yayıb.
Mafiya və Terrorizmlə Mübarizə üzrə Milli Prokurorluq tərəfindən təşkil olunan əməliyyat bu gün səhər saatlarında İtaliyanın hüquq-mühafizə orqanlarının xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.
İlkin məlumata görə, söhbət neft məhsulları ilə böyük miqdarda maliyyə fırıldaqçılığından gedir. Həbs olunanlar mafiya fəaliyyətində, çirkli pulların yuyulmasında, vergidən yayınmada və digər cinayətlərdə ittiham olunurlar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə daşınmaz əmlak obyektini, külli miqdarda pulu müsadirə edib və mafiya tərəfindən idarə edilən bir sıra şirkətə həbs qoyublar.


Baxış sayı: 262


Bölməyə aid digər xəbərlər
7-03-2024, 21:53 İsveç NATO-ya üzv oldu