12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Paşinyanı ələ salan general İŞDƏN ÇIXARILDI
Tarix: 25-02-2021 01:23 | Bölmə: Dünya


Ermənistan ordusunun Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan işdən azad olunub. Modern.az xəbər verir ki, bu barədə prezident Armen Sarkisyan sərəncam verib.
 
Tiran Sarkisyanın istefaya göndərilməsinin səbəbi kimi Paşinyanın “İsgəndər” raketlərinin döyüşə yararlı olmaması barədə dediklərinə rişxənd etməsi göstərilir. Jurnalistin Paşinyanın həmin çıxışı ilə bağlı verdiyi suala general gülərək cavab vermişdi.
“”İsgəndər raketinin döyüşə yararsız olması əlbəttə mümkün deyil. “İsgəndər”? Bir atış?...Cəmi 10%?...Üzr istəyirəm, əlbəttə bu qeyri-ciddi iddiadır”- deyə Xaçatryan rişxəndlə cavab vermişdi.
 
Xatırladaq ki, Tiran Xaçatryan ötən ilin oktyabrında Qarabağda gedən döyüşlərə görə baş nazir Nikol Paşinyan tərəfindən Ermənistanın Milli Qəhrəmanı adını layiq görülmüşdü.



Baxış sayı: 368


Bölməyə aid digər xəbərlər