Bütün xəbərlər
Poroşenko telekanal satın aldı
Tarix: 19-02-2021 00:08 | Bölmə: Dünya

                    Poroşenko telekanal satın aldı


Ukraynanın keçmiş prezidenti Petro Poroşenko “Pryamoy” kanalını satın alıb.
“Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə o, efirlərin birində deyib. Onun sözlərinə görə, kanalın sahibi strukturu 100% özünə məxsus olan “Prime Assets Capital”dır. Poroşenko kanalın borclarını bağlamaq və digər xərclər üçün xeyli vəsait sərf etdiyini söyləyib.
“Avropa həmrəyliyi” partiyasının veb-saytında Poroşenkonun telekanalı keçmiş millət vəkili Vladimir Makeyenkodan aldığı qeyd olunub.
Bildirilib ki, “Pryamoy”un bağlanacağı və Makeyenkoya sanksiyalar tətbiq olunacağı məlumatlarından sonra sabiq deputat Poroşenkoya zəng edərək kanalı qorumaq üçün ondan yardım istəyib.
Qeyd edək ki, fevralın əvvəlində Poroşenko Ukraynanın bir sıra müxalifət telekanallarına qarşı sanksiyaları dəstəkləmişdi. Onun sözlərinə görə, bu kanallar “Rusiyanın Ukraynaya qarşı apardığı informasiya müharibəsinin açıq silahı” na çevrilib.


Baxış sayı: 298


Bölməyə aid digər xəbərlər