18:28 / 03-09-2026
"İl-20" təyyarəsini tutmaq üçün qırıcı təyyarələri havaya qaldırdı
18:25 / 03-09-2026
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
18:22 / 03-09-2026
Arvadını qətlə yetirməkdə ittiham olunan həbs edilib
18:20 / 03-09-2026
Kallas Aİ xarici siyasətinin fon der Leyen tərəfindən müəyyən edilməsindən şikayətləndi
18:13 / 03-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
18:07 / 03-09-2026
Vəkillər və Rusiya səfirliyi Norveçin Rusiya gəmisini ələ keçirməsinə qarşı etiraz aksiyası hazırlayır
17:54 / 03-09-2026
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
17:51 / 03-09-2026
Nənə iki yaşlı nəvəsini yanan evdən xilas edə bilməyib
17:49 / 03-09-2026
Rusiya ilk dəfə qırıcı təyyarələrdən buraxılan gizli dronları təqdim edəcək
17:44 / 03-09-2026
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
13:13 / 03-09-2026
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
13:10 / 03-09-2026
Putin pələnglə görüşünü bəyan edib
13:06 / 03-09-2026
Overçuk Ermənistanın Avropa İttifaqı tərəfindən aldadılacağına inanır
13:00 / 03-09-2026
Putin:"Ukraynanın səssiz Qərb müttəfiqləri terrorizmin əlaltısına çevrilir"
12:57 / 03-09-2026
Putin Rusiya ilə ABŞ administrasiyası arasında davam edən əlaqələrdən xəbər verdi
12:54 / 03-09-2026
Ata oğlundan pul qoparmaq üçün özü adam oğurluğunu təşkil edib
12:49 / 03-09-2026
İstintaq Komitəsinin rəhbəri iki oğlana hücumla bağlı hesabat tələb edib
12:46 / 03-09-2026
Putin Stiven Siqal haqqında:"Ən yaxşı sülh elçisi və Rusiyanın böyük dostu"
12:43 / 03-09-2026
İndoneziya Prezidenti Şərq İqtisadi Forumunda (ŞİF) çıxışı zamanı rus dilində danışıb
12:40 / 03-09-2026
Çin Rusiyanın Uzaq Şərqi ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir
19:42 / 02-09-2026
Merkel Almaniya prezidenti olmaq ideyasını absurd adlandırdı
19:35 / 02-09-2026
Putin Rusiya ilə Monqolustan arasındakı münasibətləri hərtərəfli strateji tərəfdaşlıq adlandırdı
19:33 / 02-09-2026
Polşanın keçmiş baş naziri Tuskun Rusiya təhlükəsi ilə bağlı xəbərdarlıqlarından bezdiyini deyir
19:29 / 02-09-2026
Von der Leyen Ukraynadan bir neçə milyard avroluq yeni bir sorğu elan etdi
19:26 / 02-09-2026
Müəllimə hücumdan sonra dərslər adi qaydada davam edir
19:23 / 02-09-2026
Naməlum mənşəli dron aşkar edilib
19:20 / 02-09-2026
Bonndakı Rusiya Baş Konsulluğu 11 sentyabrdan etibarən Rusiya pasportlarının verilməsini dayandıracaq
19:17 / 02-09-2026
İtaliya mediası Putinin Zelenskinin təhdidlərinə sərt reaksiyasını qiymətləndirib
19:05 / 02-09-2026
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
19:00 / 02-09-2026
Vladimirov: "Bomba olduğu ehtimal edilən əskinas dəstəsi tapılıb"
18:56 / 02-09-2026
Bessent: "Ukraynanın Rusiya enerji obyektlərinə hücumları qlobal yanacaq qiymətlərinin artmasına səbəb olub"
18:52 / 02-09-2026
WP: Ukrayna Silahlı Qüvvələri Rusiya dronlarını ələ keçirmək üçün qırıcı təyyarələr yerləşdirir
18:47 / 02-09-2026
Ukrayna pilotsuz təyyarəsi Zaporojye bölgəsindəki xəstəxanaya zərbə endirib
18:43 / 02-09-2026
Putin Uzaq Şərqdə yeni obyektlərin açılışında iştirak edib
18:39 / 02-09-2026
Bonndakı Rusiya Baş Konsulluğunun bağlanması Dövlət Duması seçkiləri üçün seçki məntəqəsinin təşkilinə mane olur
18:36 / 02-09-2026
Almaniya xarici işlər naziri Leypsiq pilotsuz aparatı ilə bağlı Rusiyaya təzyiqin artırılmasına çağırış edir
18:27 / 02-09-2026
Almaniya Leypsiq Hava Limanında baş verən dron hadisəsində şübhəlilərin kimliyini müəyyən edib
18:23 / 02-09-2026
Macarıstan Orbanın hakimiyyətə qayıda biləcəyi bir şərt irəli sürüb
Yeni nazir bu problemlərdən başlasa, pis olmaz...
Tarix: 17-10-2021 09:14 | Bölmə: Digər
Fərid Qayıbovun yeni gənclər və idman naziri təyin edilməsi Azərbaycan idmanı üçün yeni eranın başlanğıcı olmalıdır. 2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa Oyunlarından sonra geriləməyə başlayan idman yenidən canlanmaq ərəfəsindədir. Yeni nazirin qəbulu zamanı Prezident İlham Əliyev istər Tokio-2020 Yay Olimpiya Oyunlarında, istərsə də digər nüfuzlu yarışlarda uğursuz çıxışlara diqqət çəkdi və federasiyaların fəaliyyətini tənqid etdi.
"Qafqazinfo" xəbər verir ki, təyinatdan sonra Fərid Qayıbov da işinə federasiyalara səfər etməklə başladı. O, əvvəlcə AFFA-nın işi ilə tanış oldu. Qurumun rəsmi səhifəsində yayılan xəbərdə nazirə hesabatlar təqdim olunduğu yer alırdı.
Lakin Azərbaycan futbolunun nəticələri bu gün daha önəmlidir. Futbolumuzun güzgüsü olan milli komandaya nəzər salsaq, hər şey ortadadır. DÇ-2022-nin seçmə mərhələsində qələbə üzünə həsrət qalan, sonuncu ev qələbəsini 2018-ci ildə qazanan yığmanın nəticələri naziri də bu istiqamətdəki işlərə kökləməlidir.

Futbolumuzun ən böyük problemi bu gün çempionatda “Keşlə”, “Səbail” kimi kiçik komandaların mübarizə aparması, Premyer Liqada çıxış etməli olan “Turan”, “Kəpəz” və digər bölgələri təmsil edən komandaların birinci divizionda oynamasıdır.
Uşaq futbolu ilə bağlı durum isə daha vahiməlidir. İstər klubların, istərsə də milli komandaların aşağı yaş qruplarının durumu ürəkaçan deyil. “Qəbələ”ni çıxsaq, digər komandaların akademiyalarında futbolçu yetişməsi üçün şərait çox bərbaddır. Hətta bəzi komandalarda azyaşlılara formaların verilməsində belə çətinliklər var.
Əcnəbi məşqçiləri əlcək kimi dəyişən federasiya, əslində, həqiqi səbəbləri araşdırmalıdır. Üstəlik, bu gün millinin əsas bəlalarından biri milliləşdirmədir. İrandan “Sumqayıt” klubuna gətirilib sonra milliləşdirilən Höccət Haqverdi, Əli Qurbani, Peyman Babayi və başqaları kimi effektsiz futbolçuların da dəvət olunduğu yığma komanda futbolumuzun əsl simasını Avropada göstərməyə davam edir.
.jpg)
Azərbaycan idmanının ən çox uğur qazandığı növ isə güləşdir ki, nazir bu federasiyanın da apardığı işlərlə tanış oldu. Lakin Olimpiadaya və ondan əvvəlki dövrdə baş tutan böyük yarışlara nəzər salsaq, heç də ürəkaçan mənzərə ilə qarşılaşmırıq. El dili ilə desək, dədə-babadan yadigar qalan sərbəst güləş üzrə yığmanın uğursuz çıxışları hər kəsi narahat edir.
Norveçin paytaxtı Osloda keçirilən son dünya çempionatında da komandamız cəmi iki bürünc medalla yadda qaldı. Diqqətimizi çəkən daha bir məqam isə bu medalların milliləşdirilmiş dağıstanlılar tərəfindən qazanılmasıdır. Abubakr Abubakarov və Osman Nurməhəmmədov yarışı ilk üçlükdə başa vura bilmişdilər.
Güləş Federasiyasında maddi problemlərlə birlikdə kütləvi milliləşdirmənin qarşısı da alınmalıdır. Maraqlıdır ki, gənclərdən ibarət milli komandalarda da dağıstanlı legionerlərə rast gəlirik.
Fazil Məmmədovun Azərbaycan Güləş Federasiyasının Prezidenti vəzifəsindən getməsindən sonra rəhbərlik arasında baş verən problemlər də xüsusi nəzarətə götürülməlidir.
.jpg)
Son Olimpiya Oyunlarında yalnız İrina Kindzerska sayəsində bir bürünc medal qazanan cüdo yığmamızın fiaskosunun səbəbi barədə hələ də ictimaiyyətə açıqlama verilməyib. Rəhbərlik isə idmançıların maaşlarını azaldıb, məşqçiləri qovmaqla kifayətləndi.
Rio-de-Janeyro 2016 Yay Olimpiya Oyunlarında Rüstəm Orucov, Elmar Qasımov kimi idmançılar gümüş medallar əldə etmişdi. Lakin Yaponiyada ilk dəfə tam heyətlə təmsil olunsaq da, final üzü belə görmədik.
Bir neçə müddət öncə cüdo millimizin üzvlərindən olan Davud Məmmədsoyun şikayətlərini nəzərə alsaq, ölkənin ən titullu cüdoçularından olan Elmar Qasımovun “Tik-tok” fenomeni olmasına diqqət yetirsək, federasiyada ciddi problemlərin olduğunu deyə bilərik. Görünən odur ki, durumdan narazı olan idmançılar yığmadan uzaqlaşırlar.

Kəmaləddin Heydərovun rəhbəri olduğu Taekvondo və Boks Federasiyasında da ciddi problemlər mövcuddur. Taekvondoda son zamanlar titullu idmançılar narazılıqlarını ifadə ediblər. Radik İsayev və Milad Harçeqani maddi problemlərdən şikayətlənib. Bakıda keçirilən Avropa Oyunlarında adından söz etdirən Ayxan Tağızadə isə demək olar ki, görünmür. Rio-de-Janeyroda Olimpiya yığmamıza qızıl qazandıran Radik İsayevin Tokio-2020-yə lisenziya qazana bilməməsi isə biabırçı nəticə sayıla bilərdi.

Vaxtilə boks üzrə milli komandamız bütün turnirlərdə favoritlərdən sayılırdı. İstər Sidney, istər Afina və digər Olimpiadalarda boksçularımız medalçılar sırasına namizədlər idi. Lakin son illərdə, demək olar ki, turnirlərdə Azərbaycan boksçuları heç də əsas siyahıda yer almırlar.
Düzdür, Tokioda Alfonso Domingez medal qazandı, amma onun da milliləşdirilmiş idmançı olduğunu nəzərə alsaq, vəziyyətin ürəkaçan olmadığını görərik. Son illərdə boks yığmamızda yalnız üç idmançı – Tayfur Əliyev, Lorenzo Sotomayor və Alfonso Domingezin kiçik uğurları olub. Bu idmançılardan ikisi isə boks ölkəsi sayılan Kubanın yetirməsidir. Milliləşdirmək əvəzinə yerli idmançıların yetişdirilməsi üçün isə ciddi addımlar atılmır.
.jpg)
omanda idman növlərində nəticələr aşağı-yuxarı futbolla eyni, hətta ondan da aşağıdır. Həndbol və basketbol Azərbaycanda, demək olar ki, getdikcə yoxa çıxır. Ölkə çempionatlarının olmaması bir yana, milli komandalar da iflic vəziyyətdədir. Son günlərdə həndbol komandamızda olan əcnəbilər də heyətdən göndərilib və artıq maddi problemlərin ağuşunda bu komanda idmandan silinmə mərhələsinə keçib.
.jpg)
Bir zaman “Azərreyl”in ifasında ölkəyə sevinc bəxş edən, “Rabitə” ilə tarix yazılan voleybol da canüstədir. Elə iki gün öncə “Rabitə”nin klublararası dünya çempionatında “Vakıfbank”a qalib gələrək, qızıl medallara sahib çıxmasından 10 il ötürdü. Hazırda isə nə qadınlar, nə də kişilər arasında ölkə çempionatından səs-səmir yoxdur. İdmançıların bəziləri kuryer, bəziləri taksi sürücüsü işləyir. Milliləşdirilmiş qadın top ustalarımız da xaricdə özlərinə klublar tapmağa çalışır. Federasiyanın vitse-prezidenti Faiq Qarayev bir neçə dəfə voleybolla bağlı müraciət etsə də, danışıqlar getdiyini desə də, hələ işıq ucu görünmür.

Dopinq içində boğulan ağır atletikanın durumu da faciəvidir. Tofiq Heydərovun istefasından sonra vəziyyət bir az da çətinləşib. Dopinqin qarşısını ala bilməyən federasiyanın məşqçiləri, idmançıları da artıq çarəsiz durumdadır. Federasiyanın Prezidenti Cahangir Əsgərov bir müddət öncə dəyişikliklərə əl atsa da, hələlik hansı tədbirlərin görüləcəyi, hansı addımların atılacağı barədə xəbərlər yoxdur.

Baxış sayı: 433
Bölməyə aid digər xəbərlər