09:16 / 27-10-2026
Fransa Senatları Korsikaya muxtariyyət statusu verilməsindən imtina etdi
09:13 / 27-10-2026
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
09:10 / 27-10-2026
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
09:07 / 27-10-2026
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi
09:04 / 27-10-2026
Yapon milyarderin oğlu sirli şəraitdə öldü
23:46 / 26-10-2026
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
23:41 / 26-10-2026
İran Ukraynanın qonşu ölkələrdə dronlar yerləşdirdiyini açıqladı
23:39 / 26-10-2026
Silahlı dava baş verib: bir nəfər ölüb, digəri yaralanıb
21:45 / 26-10-2026
Evli cütlük tanışını meşəyə aparıb öldürdüyünə görə həbs edilib
21:42 / 26-10-2026
İran Prezidenti 8-ci GECF zirvə toplantısı üçün Moskvaya yola düşüb
21:39 / 26-10-2026
Uşakov Putinin Afrika liderləri ilə görüş cədvəlini açıqladı
21:36 / 26-10-2026
Tarix Muzeyi qayda pozuntularına görə 50.000 rubl cərimə edilib
21:34 / 26-10-2026
Pentaqon Zelenskinin "Patriot" raketlərinin çatdırılmasında gecikmələrlə bağlı şikayətlərinə cavab verib
21:31 / 26-10-2026
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
21:27 / 26-10-2026
Tehranda bir restoran reklamı Netanyahunun ləqəbinə bənzərliyi səbəbindən qəzəbə səbəb olub
21:19 / 26-10-2026
Səudiyyə Ərəbistanı 2027-ci ildən etibarən Sinqapur çənlərində neft saxlamağa başlayacaq
21:16 / 26-10-2026
Rusiya Voleybol Komandası 2027-ci il Dünya Çempionatında qrup mərhələsi rəqiblərini öyrənir
21:12 / 26-10-2026
Slutski Avropa Birliyini Serbiya seçkilərinə müdaxilə etməkdə günahlandırdı
21:08 / 26-10-2026
Ukrayna məhkəməsi Yuliya Timoşenkonun girov məbləğini kəskin şəkildə azaldıb
21:04 / 26-10-2026
Rusiyada saxlanılan yapon jurnalistin səhhəti yaxşıdır
21:00 / 26-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
20:56 / 26-10-2026
Britaniyalılar hökumətin müharibə elanlarından sonra radio və fənər alırlar
20:54 / 26-10-2026
Kalaşnikov: "Bəzi Avropa ölkələrinin Rusiyadan təcrid olunmaq istəyi "erməni sindromu"dur".
20:50 / 26-10-2026
16 mindən çox müştəri elektriksiz qalıb
20:48 / 26-10-2026
Karpin Rusiya Milli Komandasının noyabr oyunları üçün Batrakov və Safonovu çağırıb
09:22 / 26-10-2026
Ərəb Koalisiyası husi anbarlarına və buraxılış qurğularına zərbə endirdiyini bildirib
09:19 / 26-10-2026
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
09:16 / 26-10-2026
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır
09:13 / 26-10-2026
Yük qatarının relsdən çıxmasından sonra baş verən yanğın söndürülüb
09:11 / 26-10-2026
Keçmiş futbolçu kremasiya edildi
18:36 / 25-10-2026
FİFA U-15-in mərkəzində yeniyetmələrin inkişafı və futbolun gələcəyi dayanır-Könül Nurullayeva
18:28 / 25-10-2026
Vuçiç: "Seçkilərdən sonra Rusiya ilə daha güclü əməkdaşlıq gözləyir"
18:21 / 25-10-2026
Filipponun partiyası Makronun dərhal istefası üçün petisiya təqdim edib
18:15 / 25-10-2026
ABŞ İranı amerikalıları sui-qəsd etmək üçün bölmə yaratmaqda şübhəli bilir
18:12 / 25-10-2026
Keçmiş Ukrayna prokuroru Kravçenkonun bəyannaməsində 25.000 dollarlıq elektrik stansiyası tapıldı
18:07 / 25-10-2026
Putin Avropadakı miqrasiya böhranına işarə etdi
18:04 / 25-10-2026
İran sanksiya işində ilk dəfə ABŞ əmlakının müsadirəsini təmin etdi
18:00 / 25-10-2026
Ukrayna pilotsuz təyyarəsinin hücumu səkkiz məktəb avtobusuna zərər vurub
Andranikə divan tutan, Qaregin Njdeyə dağ çəkən Abbasqulu bəy – MÜDHİŞ FAKTLAR, NADİR FOTOLAR
Tarix: 01-03-2021 15:28 | Bölmə: Digər

Azmarka.az özünün oxucular tərəfindən böyük maraqla qarşılanan "Əfsanəvi azərbaycanlılar" rubrikasında el qəhrəmanı Abbasqulu bəy Şadlınski haqqında maraqlı faktları təqdim edir.
***
Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olub. Uşaq ikən atasını itirib.
İki sinifli rus-tatar məktəbini bitirib. Lakin təhsilini davam etdirə bilməyib. Çünki ikisinifli məktəbi qurtaran uşaqlar ya seminariyaya, ya da gimnaziyaya daxil olmalı idilər. Həmin məktəblərdə təhsil almağa imkanı çatmayan Abbasqulu atadanqalma torpaq sahəsini əkib-becərməklə məşğul olmağa başlayır. Sonra isə bir müddət mirab (keçmişdə suvarma işlərinə nəzarət edən şəxs) işləyib.
***
1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməyə başlayır. Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünə ciddi təsir göstərir. Fevral inqilabından (1907) sonra isə Şadlinskinin kommunistlərə rəğbəti daha da artır.

"Axırıncı aşırım" filmindən kadr
***
1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı terror aktları getdikcə güclənirdi. Belə bir vaxtda Abbasqulu bəy düşmənə müqaviməti təşkil etmək üçün irəli atır və könüllülər dəstəsi – "Qırmızı tabor"u yaradır.
***
Abbasqulu bəy 1918-1921-ci illərdə daşnaklara qarşı "Qırmızı tabor"un komandiri olub. "Qırmızı tabor"çuların daşnaklara qarşı döyüşlərdə göstərdikləri igidlik və şücaətlərinin qarşılığında, onlardan 19 nəfər "Qırmızı bayraq" ordeni ilə təltif olunub.
***
1918-1919-cu illərin yay aylarında daşnak hərbi hissələrinin Vediyə hücumlarının qarşısının alınmasında böyük şücaət göstərən "Qırmızı tabor"çular, sonradan Şadlinskinin əmri ilə nizami daşnak ordusunun üstün qüvvələri qarşısında kəndi döyüşlə tərk edib, Vedibasar və Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçərək, əvvəlcə Xoy, isə Mərənd ətrafında mövqe tutur.
***
1919-cu ilin payızında Vedi döyüşlərinin qızğın vaxtında Abbasqulu bəyə xəbər gətirirlər ki, erməni cəlladı Andranikin nümayəndələri gəlib. Şadlinski nümayəndələri qəbul edir. Nümayəndələr "paşanın" adından tələb edirlər ki, Vedi təslim olub, silahı yerə qoymalıdır: ""Paşa" sizi əmin edir ki, təhlükəsizliyinizi təmin edəcək və yardım göstərəcək". Abbasqulu bəy cavab verir ki, biz Andranik adında "paşa" tanımırıq, təslim olmaq fikrimiz də yoxdur.
Bu cavabı eşidən Andranik qəzəblənərək Vediyə bir neçə rota göndərir. Vedi müdafiəçiləri andranikçilərə divan tutub onları geri oturdur, üsyəlik, xeyli qənimət əldə edirlər.

Ortadakı Abbasqulu bəydir.
***
Abbasqulu bəydən layiqli cavab alan başqa bir erməni cəlladı isə Qaregin Njde olub. Onun əlinin altında kifayət qədər canlı qüvvə, eləcə də top və pulemyot daxil olmaqla yetərincə silah-sursat olsa da, Şadlınskinin qəhrəman taboru qarşısında aciz qalır.
"Qırmızı Taborun" 4-cü rota komandiri İbrahim Fərzəliyev öz xatirələrində belə yazıb: "Taborun hissələri Zeynə qəbiristanlığından hücüma keçib, Şəhriyar dəmir yol körpüsünü ələ keçirdəndən sonra irəliləyərək, Sədərək kəndinə çatdıqda daşnak qoşunları Qaratəpədən və Bağırsaq dərəsindən çıxıb Dərələyəzə qaçdılar. Abbasqulu bəy dedi ki, gərək düşməni təqib edib başını tamam əzək. Onun cəsarətli planları, şəxsi qəhrəmanlıq nümunəsi bu ağır döyüşlərdə dadımıza çatdı. Daşnaklar məhv edildi. Beləliklə, Ordubaddan başlamış Sədərəyədək bütün Naxçıvan ərazisi daşnaklardan təmizləndi".
Ağır məğlubiyyətlərdən sonra erməni cəlladı Qaregin Njde axırda İrana, oradan da Avropaya qaçmaq məcburiyyətində qalır.
***
28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Hərbi İnqilab Komitəsinin və şəxsən Nəriman Nərimanovun dəvətini qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik "Qırmızı tabor" dəstəsi ilə Naxçıvana gəlir.
Buradakı qırmızı qvardiya döyüşçüləri də onun dəstəsi ilə birləşir. Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq edir. Onlar cəllad Dronun terror birləşməsini darmadağın edir. Naxçıvanda ingilis-daşnak işğalına son qoyulur. Həmin xidmətlərinə görə N.Nərimanov tərəfindən "Qızıl Ulduz" medalı ilə təltif edilir.
***
1921-ci ilin fevralından aprelin əvvəllərinə kimi İrəvanda daşnak qiyamının yatırılmasında qəhrəmanlıq göstərən Şadlinski "Qırmızı tabor"un 19 nəfər üzvü ilə birgə Ermənistan SSR-nin "Qırmız bayraq" ordeni ilə təltif olunur.
***
1921-ci ilin yayınada Şadlinskinin döyüşçüləri Dərələyəz və Zəngəzurda daşnak quldurlarının darmadağın edilməsində növbəti dəfə misilsiz şücaət göstərir.
Ermənistanda və Zəngəzurda daşnak fitnəkarlıqlarına son qoyulduqdan sonra, Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalır və sərhədlərinin qorunmasına rəhbərlik edir.
Daha sonra Vediyə qayıdan Şadlinski 1922-1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışır, sonra isə burada yaradılan "Dəvəli" sement zavodunun tikintisinə rəhbərlik edir.
***
Abbasqulu bəy Şadlinskinin İsgəndər, İsfəndiyar, Məmməd və Tacirə adlı övladları olmuşdur.
***
Abbasqulu bəy Şadlinskinin nəticəsi sayılan və 1966-cı ildən Tərtər rayonunun Borsunlu kəndində yaşayan Xırdaxanım Əliyevanın 2011-ci ildə mətbuata dediklərindən: "Abbasqulu bəylə bir tayfadan olan Ağamirzə bəyin nəvəsi, Yusif ağanın qızıyam. Amma kiçik yaşlarımdan Bakıda - o vaxt Ali Məhkəmədə hakim işləyən Əziz əminin ailəsində böyümüşəm. Əziz əminin həyat yoldaşı Ceyran xanım Ağamirzə bəyin böyük qızıydı. Əziz əmi ilə Ceyran bibinin uşaqları olmamışdı, ona görə də məni öz övladları kimi saxlayırdılar. Keçmişimiz haqqında nə bilirəmsə hamısını Ceyran bibimin söhbətlərindən eşitmişəm. O danışırdı ki, mənim atam Yusif ağa beş yaşında olanda anaları, əslən İran Azərbaycanından olan Fatmasura xanım dünyasını dəyişir. Həmin vaxt Ağamirzə bəyin bacısı Maçan xanım Abbasqulu bəy Şadlinskinin arvadı idi. Agamirzə bəy həyat yoldaşının öümündən sonra ikinci dəfə evləndiyindən, bibisi beş yaşlı Yusif ağanı ögey ana yaxşı baxmaz deyə öz yanına aparır. Beləliklə atam Abbasqulu bəyin ailəsində böyüməli olur. Bibim danışırdı ki, Abbasqulu bəy atamı öz oğlanlarından seçməzmiş. Aralarında o qədər doğmalıq olub ki, atam yalnız Ağamirzə bəy öləndən sonra anası və bacı-qardaşları başsız qalmasınlar deyə öz ailəsinə qayıdıb.
...Abbasqulu bəyin birinci arvadı Nazlı xanım Calalı kürdüymüş, ondan uşağı olmayıb. Oğullarından İsgəndər bəy müharibəyə gedib, qayıtmayıb. Məmməd bəyi o vaxtkı adamların dililə desək "vurğun vurub" (iflic nəzərdə tutulur – red.). Onlardan heç bir nişanə qalmayıb. Çavankən, heç evlənməmiş dünyadan köçüblər. İsfəndiyar bəy isə bir gözünün üstündə böyük xal olduğundan onu müharibəyə aparmayıblar. Son günlərə qədər İmişlidə yaşayıb. Uzun illər müəllim işləyib. İndi övladları, nəvələri yaşayır orda. Nəvələrindən biri Abbasqulu bəyin adını daşıyır. Deyilənlərə ğörə görkəmi və xarakteri ilə də babasının eynidir..."
***
Abbasqulu bəy Şadlinskinin ilk nəvəsi və onun oğlu İsfəndiyar Şadlinskinin böyük qızı Qənirə Şadlinskaya 2016-cı ildə 73 yaşında vəfat edib.
Qənirə xanım 40 ilə yaxın İmişli rayonunda pedoqoji fəaliyyətlə məşğul olub.

Abbasqulu bəyin ilk nəvəsi Qənirə xanım
***
Abbasqulu bəy düşmənləri tərəfindən 1930-cu ilin fevral ayında xaincəsinə öldürülüb.
Onun Fərman Kərimzadənin "Qarlı aşırım" romanında və həmin roman əsasında çəkilən "Axırıncı aşırım" filmində təqdim edildiyi kimi Kərbəlayı ismayılın razılığı ilə Qəmlo tərəfindən öldürülməsi demək olar, bütün mənbələrdə təkzib edilir.
Bildirilir ki, bu qətl hadisəsi Abbasqulu bəyin əlindən yanıqlı olan ermənilər tərəfindən planlaşdırılıb və həyata keçirilib.
Bunu Şadlınskinin öldürülməsi ilə bağlı cinayət işinin açılmaması da təsdiqləyir. Aydın görünür ki, erməni dairələri qətli ört-basdır etməkdə maraqlı olublar və bunu bacarıblar...
***
Abbasqulu bəyin öldürülməsi ilə bağlı tarixçi Əziz Ələkbərli isə bir neçə il öncəki müsahibəsində belə deyib: "Zaqafqaziyanın Banditizmə Qarşı İdarəsinin erməni əsilli rəisi Vediyə gəlmişdi. 1930-cu ildə erməni millətçilərinin qurğusu ilə Abbasqulu bəy Şadlinski Kərbəlayı İsmayılla danışıq aparmaq məqsədilə qiyamçıların düşərgəsinə göndərilir...
Bundan bir gün əvvəl isə gizli şəkildə Kərbəlayı İsmayılın yanına adam göndərirlər. Həmin Kərbəlayıya deyir ki, Abbasqulu bəy sizin yerinizi öyrənməyə gəlir. Qayıdandan sonra üstünüzə qoşun göndərəcək. Bir tərəfdən Abbasqulu bəyi "barışıq" adı ilə Kərbəlayının yanına göndərirlər, digər tərəfdən isə qaçaqları Abbasqulu bəyin üstünə qaldırırlar. Məktubu göndərən isə rayon ispalkomunun sədri idi..."
Qaçaqlar yığışıb Abbasqulu bəyin gəlişi ilə bağlı toplantı keçirirlər. Deyirlər Abbasqulu bəy bizi satıb. Səs çoxluğu ilə qərara gəlirlər ki, o, öldürülməlidir. Bir sözlə, Abbasqulu bəy barədə ölüm qərarı bir gün əvvəl verilmişdi. Toplantıda ikinci məsələni də müzakirəyə çıxarırlar - Abbasqulu bəyi necə öldürək? Bəy, yoxsa bizi satmış xəyanətkar kimi? Qaçaqlar qərara gəlirlər ki, onu bəy kimi, mərdanə öldürsünlər..."
***
1930-cu illərdə Türkiyədə çap edilən və baş redaktoru Məmməd Əmin Rəsulzadə olan "Odlu yurdu" məcmuəsindəki "Vedibasarda qara bayraq" adlı məqalədə isə qeyd edilir ki, Zəngibasar, Vedibasar və Naxçıvan tərəflərdə Abbasqulu bəyin öldürülməsi dərin hüznlə qarşılanıb, qara bayraqlar qaldırılıb. Həmçinin Abbasqulu bəylə yaxın olmuş kəndlilərə istinadən bildirilib ki, onu məhz daşnaklar qətlə yetiriblər.
***
1930-cu illərdəki sovet repressiyalarından sonra Şadlinskilər nəsli başqa soyadlar (Sultanov, Süleymanov, Əliyev, Tağıyev, Canbazov və s.) daşımağa məcbur olublar.
***
Nəticəsi Xırdaxanım Əliyevanın dediklərindən: "Abbasqulu bəyin qəbri Vedi rayonunda "zavodun yanı" deyilən yerdə idi, indi yəqin ki, ermənilər dağıtmış olarlar. Elə yeri gəlmişkən bir əhvalatı da danışım sizə. Sovet dövründə atam Vedidə "İspalkom"un sədri işləyən vaxtı, İrəvanda kənd təsərrüfatı sərgisi keçirilirmiş. Atam da orda iştirakçı imiş. Baxır ki, Abbasqulu bəyin şəklini qapının ağzında qoyublar, gələn-gedənə erməni xalqının düşməni kimi təqdim eləyir və şəkli təhqir edirlər. Ondan sonra atam gəldi, İsfəndiyar bibioğlu ilə danışdı ki, Abbasqulu bəyin məzarını Azərbaycana köçürsünlər. Amma Minasyan (Vedidə raykom katibi olub) icazə vermədi, guya qəbrin açılması ekologiyaya ziyan vura bilər. Atam Abbasqulu bəyin heykəlinin Vedidə qoyulması məsələsini də qaldırmışdı, ermənilər ona da imkan vermədilər"

Baxış sayı: 626
Bölməyə aid digər xəbərlər