21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
Öz nəvəsini qətlə yetirməkdə ittiham olunur
Tarix: 06-04-2025 23:47 | Bölmə: Cəmiyyət

 Paytaxt sakini 2023-cü il təvəllüdlü azyaşlı nəvəsini qətlə yetirməkdə ittiham olunur. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, sərxoş halda uşağı döyüb, daha sonra başını və bədənini dəfələrlə divara və döşəməyə çırpıb.
Yaxın vaxtlarda məhkəmə prokurorun iştirakı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq.Bu barədə Moskva prokurorluğu öz Telegram kanalında məlumat yayıb.
İş materiallarına görə, aprelin 5-də təqsirləndirilən şəxs sərxoş vəziyyətdə oğlanın başına, gövdəsinə və əzalarına çoxsaylı zərbələr vurub.
Uşaq aldığı xəsarətlər nəticəsində yerindəcə keçinib. Zorakı ölüm əlamətləri göstərən cəsəd elə həmin axşam aşkar edilib.



Baxış sayı: 585


Bölməyə aid digər xəbərlər
Bu gün, 21:43 Fotoqraf həbs edilib