Bütün xəbərlər
Əcnəbiyə casusluq ittihamı ilə 14 il həbs cəzası verilib
Tarix: 14-02-2025 17:22 | Bölmə: Cəmiyyət

Sevastopol məhkəməsi xarici vətəndaşı Ukraynanın xeyrinə casusluqda ittiham edərək 14 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Rusiya silahlı qüvvələrinə qarşı istifadə oluna biləcək məlumatları toplamaqda və ötürməkdə təqsirli bilinib.
İstintaqın məlumatına görə, 43 yaşlı müttəhim messencerdən istifadə edərək Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndələri ilə əlaqə saxlayıb və onlara öz xidmətlərini təklif edib.
O, Ukrayna hərbçilərinə hədəflərə zərbə endirməkdə kömək edə biləcək Rusiya silahlı qüvvələrinin silahlarının, hərbi texnikasının və obyektlərinin Sevastopolda yerləşməsi barədə məlumat toplayıb və ötürüb, FSB-nin Krım Respublikası və Sevastopol üzrə İdarəsi bildirib.



Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər