Bütün xəbərlər
Binada lift uçub, bir nəfər xəsarət alıb
Tarix: 14-02-2025 13:55 | Bölmə: Cəmiyyət

Paytaxt İstintaq Komitəsinin müstəntiqləri Moskvanın şərqində binada liftin uçması ilə bağlı araşdırmaya başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində bir qız xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin paytaxtın baş idarəsinin Telegram kanalında məlumat verilib.
Moskva fövqəladə hallar xidmətinin nümayəndəsinin bildirdiyinə görə, Elektrozavodskaya küçəsindəki binada içərisində sərnişin olan lift beş metr hündürlükdən aşıb.
"Müstəntiqlər qızın liftin şaxtasına düşərək aldığı xəsarətin səbəblərini aydınlaşdırır və hadisə yerinə baxış keçirir. Zərərçəkmiş şəhər xəstəxanalarından birinə çatdırılıb, o, huşunu itirib", - məlumatda deyilir.



Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər