21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
Kişi oğlunu stula bağlayaraq çubuqla döyüb
Tarix: 13-02-2025 22:13 | Bölmə: Cəmiyyət

Omsk vilayətində 34 yaşlı kişi 10 yaşlı oğlunu stula bağlayaraq, çubuqla döyərək cəzalandırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Regional İstintaq Komitəsi (İK) məlumat yayıb.
İstintaqın məlumatına görə, şübhəli şəxs ən kiçik qanun pozuntularına və itaətsizliyə görə həyat yoldaşını və azyaşlı oğlunu əlləri, kəməri və çubuqla uzun müddət döyüb. Atası onu cəza olaraq stula bağlayan zaman uşağın anası polisə müraciət edib.
"Bundan sonra törətdiyi əmələ görə məsuliyyətdən yayınmaq məqsədilə evdən çıxan şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb", - İstintaq Komitəsinin açıqlamasında bildirilir.
Əvvəllər bir neçə dəfə məhkum olunmuş şəxs nəzarətə götürülüb.Rusiya Federasiyası Cinayət Məcəlləsinin 117-si maddəsinin ("İki və ya daha çox şəxsə və yetkinlik yaşına çatmayanlara işgəncə vermə") 2-ci hissəsinin "a", "g" bəndi ilə cinayət işi açılıb.
Hazırda cinayətlərin bütün epizodları və halları müəyyən edilir.



Baxış sayı: 390


Bölməyə aid digər xəbərlər
Bu gün, 21:43 Fotoqraf həbs edilib