Bütün xəbərlər
Arvadının başını balta ilə kəsib
Tarix: 12-02-2025 12:47 | Bölmə: Cəmiyyət

Primorsk diyarında arvadını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müstəntiqlərin fikrincə, kişi balta ilə onun başını kəsib.
Cinayət fevralın 9-da, bazar günü axşam saatlarında, Petrovka kəndində baş verib.Birgə sakinlər arasında mübahisə yaranıb və daha sonra əlbəyaxa davaya çevrilib.
"Qanuni arvadı ilə mübahisə zəminində o, balta ilə onun boynuna zərbələr endirib. Zərbə qurbanın başı kəsilməsi ilə nəticələnib", - vilayət prokurorluğunun Telegram kanalında məlumat verilib.
Qətl faktı ilə bağlı cinayət işi açılıb.Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər