Bütün xəbərlər
Qabyuyan maşından çıxan bıçağın üzərinə yıxılıb
Tarix: 12-02-2025 12:28 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqda qadın təmizlik işləri apararkən xəstələnib, huşunu itirib və qabyuyan maşından çıxan bıçağın üzərinə yıxılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, zərərçəkənin əri iddia edir ki, arvad beyin xəstəliyindən əziyyət çəkir və qıcolma keçirə bilərdi.
Kişinin dediyinə görə, qəza bazar ertəsi, fevralın 10-da Butlerova küçəsindəki binanın mənzilində baş verib. O, tibb işçilərinə həyat yoldaşının qabyuyan maşına yükləyərkən özünü pis hiss etdiyini, yıxılaraq özünü bıçaqla kəsdiyini izah edib. Qadın döş qəfəsinin açıq yarası və qarın nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
"Neva.Today" saytının verdiyi məlumata görə, 35 yaşlı Sankt-Peterburq sakini hazırda reanimasiyadadır, vəziyyəti ağır qiymətləndirilir. Hazırda faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər