Bütün xəbərlər
Bir kişi AUE simvolları ilə döymələrə görə 1,5 il həbs cəzası aldı
Tarix: 10-02-2025 23:38 | Bölmə: Cəmiyyət

Stavropol diyarının Jeleznovodsk şəhər məhkəməsi Rusiyada qadağan olunmuş AUE ekstremist hərəkatının simvollarını əks etdirən döymələri nümayiş etdirən yerli sakini 1,5 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Lenta.ru"-ya regional məhkəmələrin birləşmiş mətbuat xidməti məlumat verib.
Hadisə yay aylarında istirahət mərkəzində baş verib və həmin şəxs dizlərində, çiynində və körpücük sümüyündə səkkizguşəli ulduz şəklində döymələr göstərib, onları örtmək tələbinə əməl etməyib.
O, Rusiya Cinayət Məcəlləsinin 282.4-cü maddəsi ilə ekstremist təşkilatların simvollarını dəfələrlə təbliğ etməkdə təqsirli bilinib.
Məhkəmədə kişi əvvəllər oxşar döymələrə görə inzibati məsuliyyətə cəlb olunsa da, günahını qismən etiraf edib.



Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər