Bütün xəbərlər
Bilet müfəttişinin üzünə aerozol səpdiyinə görə həbs edilib
Tarix: 07-02-2025 23:16 | Bölmə: Cəmiyyət

Moskvada bilet müfəttişinin üzünə aerozol səpdiyinə görə gediş haqqını qaçıran şəxs həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi öz Telegram kanalında məlumat yayıb.
Qeyd olunur ki, xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə maddələri üzrə cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürülüb.
İstintaqın tələbi ilə həbs qətimkan tədbiri seçilib”, - İstintaq Komitəsinin məlumatında deyilir.
Bu ilin yanvarında tramvayda gediş haqqını ödəməyən şəxslə bağlı mətbuatda məlumat yayılıb. Nəzarətçinin gediş haqqının ödənildiyini təsdiq edən sənədləri göstərmək tələbinə cavab olaraq, “dovşan” bankanın içindəkiləri onun üzünə çiləyib.
Hazırda məlumatların toplanması və sübut bazasının təmin edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər
24-02-2025, 21:31 Sevgilisini eyvandan atıb