Bütün xəbərlər
94 yaşlı təqaüdçünün qatilləri saxlanılıb
Tarix: 05-02-2025 14:30 | Bölmə: Cəmiyyət

Samara vilayətində polis Maza kəndində fərdi evdə 94 yaşlı təqaüdçünü qarət edib qətlə yetirməkdə şübhəli bilinən şəxsləri müəyyən edərək saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları zorakılıqla ölüm əlamətləri olan kişi meyitini aşkar ediblər.
Evdən metal seyf və mobil telefonun olmadığı da müəyyən edilib.
Müayinə zamanı ekspertlər barmaq izlərini aşkar ediblər. Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, əməliyyat-istintaq tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən iki şübhəli şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı “Qətl” və “Soyğunçuluq” maddələri ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər