Bütün xəbərlər
Təcili yardım sürücüsünü döyən şəxs saxlanılıb
Tarix: 01-02-2025 11:52 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqda polis Lijni zolağında təcili yardım sürücüsünü döyməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Bu barədə “78” telekanalı məlumat yayıb.
Hadisə yanvarın 27-də baş verib. Bildirilib ki, kişilər yol münaqişəsi zəminində mübahisə ediblər, daha sonra isə dava düşüb. “Audi”nin sürücüsü 48 yaşlı təcili yardım sürücüsünə bədən xəsarəti yetirərək qaçıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Ona beyin silkələnməsi, qapalı kəllə-beyin travması və döş sümüyünün sınığı diaqnozu qoyulub.
Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 115-ci maddəsinin ("Sağlamlığa yüngül zərər vurma")2-ci hissəsi ilə cinayət işi açılıb.
Telekanalın məlumatına görə, saxlanılan şəxs tibb müəssisələri üçün avadanlıq satışı ilə məşğul olan kommersiya şirkətinin texniki direktoru olub.
O, 2 ay müddətinə ev dustaqlığına buraxılıb.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər
24-02-2025, 21:31 Sevgilisini eyvandan atıb