Bütün xəbərlər
İtaliyalı kişi qardaşını öldürərək başını pəncərədən çölə atıb
Tarix: 04-07-2024 23:32 | Bölmə: Cəmiyyət

İtaliyanın Benevento əyalətinin sakini qardaşını yatarkən öldürüb, daha sonra mətbəx bıçağı ilə başını kəsərək pəncərədən atıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə kiçik Pannarano şəhərində baş verib. Qardaşlar bir dam altında yaşayırdılar. Ötən gün baş verən mübahisə faciəyə səbəb olub.
57 yaşlı qatil 70 yaşlı yatmış qardaşına hücum edərək onunla vəhşicəsinə davranıb. O, meyitin başını kəsərək başını çölə atıb, lakin sonra onu evin hasarına qoymaq üçün aşağı enib.
“RİA Novosti” xəbər verir ki, qatilin özü cinayət yerinə polis və karabineri çağırıb. Onlar gəldikdən sonra hüquq-mühafizə orqanlarına təslim olub, dindirilib və həbsxanaya yerləşdirilib.
Yerli media bildirir ki, qardaşlar son bir neçə ildir birlikdə yaşayırdılar, kiçik qardaş isə spirtli içkidən sui-istifadə edib və bu, tez-tez qalmaqallara və mübahisələrə səbəb olub.


Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər