Bütün xəbərlər
Ata və iki uşağı vuran avtomobili sərxoş Daxili İşlər Nazirliyinin əməkdaşı idarə edib
Tarix: 03-06-2024 14:50 | Bölmə: Cəmiyyət

İyunun 2-də axşam Nalçikdə baş verən qəzanın təfərrüatları məlum olub, nəticədə üç nəfər ölüb: bir kişi və iki azyaşlı uşağı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onları nizamlanmayan piyada keçidində əcnəbi avtomobil sürücüsü vurub. Daha sonra ona tərəf gələn “VAZ-2107” markalı avtomobillə toqquşub.
Məlum olub ki, piyadaları vuran əcnəbi avtomobili polis idarə edir. Tibbi ekspertizanın rəyinə görə, o, sərxoş olub.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin Telegram-kanalında bildirilir ki, ölümlə nəticələnən qəzanın günahkarı artıq daxili işlər orqanlarından uzaqlaşdırılıb.
Müstəntiqlər cinayət işi açıblar.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər
22-06-2024, 13:19 İki uşaq kanalda boğulub
12-06-2024, 10:55 Sərxoş turist döyülüb