Bütün xəbərlər
Novosibirsk sakini ögey oğluna işgəncə verərək öldürdüyünə görə 20 il müddətinə həbsxana koloniyasına göndərilib
Tarix: 06-02-2024 12:51 | Bölmə: Cəmiyyət

Novosibirsk vilayət məhkəməsi 10 yaşlı ögey oğluna mütəmadi olaraq işgəncə verən, sonra isə öldürən yerli sakini 20 il müddətinə həbsxana koloniyasına göndərib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğundan məlumat verilib.
Müəyyən edilib ki, 34 yaşlı kişi 6 ay ərzində mütəmadi olaraq həyat yoldaşını və onun 10 yaşlı oğlunu döyüb. 2022-ci ilin fevralında müttəhim ciddi təslim olmaq və itaətkarlıq tələb edərək, uşağı boğaraq öldürüb və arvadını şiddətlə döyüb, o cümlədən başına bir neçə zərbə endirib.
Onun barəsində işgəncə, adam öldürmə və qəsdən sağlamlığa orta ağır xəsarət yetirmə maddələri ilə cinayət işi açılıb.
Məhkəmə onu Cinayət Məcəlləsinin bütün maddələri ilə təqsirli bilib və Novosibirsk sakinini 1,5 il müddətinə azadlığı məhdudlaşdırmaqla 20 il müddətinə ciddi rejimli koloniyada cəzasını çəkməsi barədə hökm çıxarıb.




Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər