Bütün xəbərlər
Çörək sexində baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb
Tarix: 06-02-2024 12:08 | Bölmə: Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına görə, Soçidə fast food müəssisəsində qaz balonunun partlaması nəticəsində 3 nəfər xəsarət alıb, onlardan biri ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarədən qeyd ediblər ki, “qaz-hava qarışığının partlaması” fevralın 6-da səhər saat 08:40 radələrində Timiryazev küçəsində, “Maqnit” supermarketinin yanında, kiçik çörək sexinin yerləşdiyi otaqda baş verib. Fövqəladə hadisədən sonra yanğın olmayıb.
Zərərçəkmişlərdən üçü xəstəxanaya aparılıb, ikisi müayinədən sonra evə buraxılıb, üçüncüsü isə şahidlərin qeyd etdiyi kimi, bütün paltarları yandırılıb. Hansı vəziyyətdə olduğu açıqlanmır.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər