Bütün xəbərlər
Moskva məhkəməsi Aretoviçi qiyabi həbs edib
Tarix: 06-02-2024 12:02 | Bölmə: Cəmiyyət


Moskvanın Basmannı rayon məhkəməsi Ukrayna prezidentinin aparatının keçmiş müşaviri Aleksey Aretoviçi (terrorçu və ekstremist siyahısına salınıb) iki ay müddətinə qiyabi həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva ümumi yurisdiksiya məhkəmələri məlumat yayıb.
Rusiyada Aretoviç açıq şəkildə terror fəaliyyətinə çağırışda, terrora haqq qazandırmaqda və Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlər yaymaqda ittiham olunur.
Onun həbs müddəti saxlandığı andan, habelə ekstradisiya və ya Rusiya ərazisinə deportasiya edildiyi andan hesablanacaq, məhkəmə aydınlaşdırıb.
Bundan əvvəl Arestoviç beynəlxalq axtarışa verilmişdi.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər