Bütün xəbərlər
Tulada mağazaya gələn şəxs satıcı qadını bıçaqlamağa cəhd edib
Tarix: 03-02-2024 13:14 | Bölmə: Cəmiyyət

Tulada 24 saat işləyən ərzaq mağazasına gələn 23 yaşlı gənc satıcı qadının boynuna bıçaq sancaraq qaçıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə fevralın 2-nə keçən gecə Polyusnaya küçəsində yerləşən mağazada baş verib. İstintaq Komitəsinin regional baş idarəsinin bildirdiyinə görə, zərərçəkən sağ qalıb - onlar ona vaxtında tibbi yardım göstərə biliblər.
Həmin şəxs saxlanılıb və törətdiyi cinayəti etiraf edib. Onun motivləri hələ də məlum deyil. Qəsdən adam öldürməyə cəhd maddəsi ilə başlanmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxsin tutulması məsələsi həll edilir.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər