Bütün xəbərlər
Koloniyada yanğın olub
Tarix: 02-02-2024 15:11 | Bölmə: Cəmiyyət

Perm diyarının Solikamsk şəhərində ciddi rejimli kişi islah koloniyasının ərazisində yanğın baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hazırda yanğın söndürülüb.
Solikamsk şəhər dairəsi üzrə EDDS-dən verilən məlumata görə, hadisə 9 saylı cəzaçəkmə müəssisəsində baş verib, istehsalat sexi yanıb. Yanğından çıxan tüstü Solikamskın şimal hissəsinə yayılıb.
Fövqəladə Hallar Nazirliyinin regional qərargahından verilən məlumata görə, yanğının söndürülməsində 45 canlı qüvvə və 14 texnika iştirak edib. Yanğının əhatə etdiyi sahə 1 min 200 kvadratmetr olub.
Ölən və yaralanan olmayıb. "Yanğın zamanı sexdə istehsalat işi aparılmayıb", - Fövqəladə Hallar Nazirliyi əlavə edib.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər