Bütün xəbərlər
Sərxoş şəxs mağazada uşağın başına vurub
Tarix: 02-02-2024 08:30 | Bölmə: Cəmiyyət

Kurçatov şəhərinin polisi supermarketdə yoluna çıxan azyaşlı uşağı güclü zərbə ilə yerə yıxmış yaşlı xuliqanı saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kurçatov şəhərində supermarketlərdən birində şok hadisə baş verib. Hadisə zamanı kameranın lentə aldığı görüntülərə görə, həmin şəxs məqsədyönlü şəkildə kiçik oğlana tərəf addımlayıb və dərhal yumruğu ilə onun başına güclü zərbə endirərək körpəni yerə yıxıb.
Yaxınlıqdakı qadın hücumçunu itələyərək uşağı qucağına alıb. Kişilərdən biri isə aqressiv vətəndaşı sakitləşdirib.
Kursk vilayətinin Daxili İşlər Nazirliyinin Baş İdarəsi “VKontakte” sosial şəbəkəsindəki səhifəsində bildirib ki, hadisə şahidləri Kurçatovski polis şöbəsinə məlumat veriblər. Dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu gəlib.
Artıq uşağı vuran şəxsin kimliyi müəyyən edilib, o, saxlanılaraq polis şöbəsinə aparılıb. Həbs olunarkən o, güclü sərxoş olub. Hadisənin hansı şəraitdə baş verdiyi və uşağın vəziyyəti aydınlaşdırılır.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər