Bütün xəbərlər
Mahir azadlığa buraxıldı
Tarix: 30-01-2024 20:48 | Bölmə: Cəmiyyət

                     mahir-azadliga-buraxildi



Qanunsuz olaraq külli miqdarda narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
Sabaha-inamla.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror meyxanaçının verilmiş ittihamla təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəsssisəsində çəkməsi şərti ilə 3 il müddətə azadlıqdan məhrum edilməsini tələb edib.
Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, M.Qonşuyevə 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Qeyd edək ki, meyxanaçı ötən ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.



Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər