Bütün xəbərlər
Seulda Rusiya səfirliyi yaxınlığında baş verən fövqəladə hadisə nəticəsində bir polis yaralanıb
Tarix: 29-01-2024 10:54 | Bölmə: Cəmiyyət

"Yonhap" agentliyi xəbər verir ki, Seulda avtomobil Rusiyanın Koreya Respublikasındakı səfirliyinin qarşısında yerləşən mühafizə postuna çırpılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd edildiyi kimi, fövqəladə hadisə bazar günü, yanvarın 28-də yerli vaxtla saat 22:10-da (Moskva vaxtı ilə 16:10) baş verib. Toqquşma nəticəsində polis əməkdaşlarından biri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. TASS xəbər verir ki, qurbanın çiyin və boyun nahiyəsindən ciddi xəsarətlər var.
Hadisə zamanı avtomobilin sürücüsü ayıq olub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını aydınlaşdırırlar.




Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər