Bütün xəbərlər
17 yaşlı xokkeyçinin məşq zamanı ölümündən sonra iş açılıb
Tarix: 26-01-2024 10:54 | Bölmə: Cəmiyyət

Voronej vilayətində 17 yaşlı xokkeyçinin ölümündən sonra ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faciə bir gün əvvəl Bobrovski rayonunun Sloboda kəndində yerləşən məşq kompleksinin buz meydançasında baş verib və burada EkoNiva-Bobrov komandasının oyunçusu Venedikt O. məşq zamanı dünyasını dəyişib.
“İstintaq Komitəsinin müstəntiqləri hadisə yerinə baxış keçirib, azyaşlının ölümünün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertiza təyin edib və şahidləri dindiriblər”, - deyə, idarənin regional baş idarəsindən bildirilib.
Gənclər arasında Milli Xokkey Liqası çempionatının mətbuat xidməti ilkin məlumata görə, gəncin ürəyində problem olduğunu bildirib.
İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin istintaqı nəzarətə götürüb və istintaqın gedişi ilə bağlı hesabatın təqdim edilməsi barədə göstəriş verib.





Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər