Bütün xəbərlər
Qadın və onun iki yaşlı qızı vəhşicəsinə qətlə yetirilib
Tarix: 25-01-2024 23:05 | Bölmə: Cəmiyyət


Krasnodar vilayətinin istintaq orqanları ikiqat qətl törətməkdə şübhəli bilinən Adıgey sakininə qarşı cinayət işi açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin regional istintaq idarəsinin məlumatına görə, yanvarın 23-də axşam saatlarında Krasnodarda Zapolyarnaya küçəsində amansız qətl hadisəsi baş verib.
İlkin məlumatlara görə, 27 yaşlı Adıgey sakini keçmiş 28 yaşlı sevgilisinin mənzilinə gəlib. Görüş münaqişəyə çevrilib, nəticədə şübhəli şəxs qadını boğub, daha sonra onun iki yaşlı qızı ilə eyni şəkildə rəftar edib. O, uşağın meyitini götürərək qonşu rayonda gizlədib.
Ertəsi gün təcavüzkar geri qayıdıb, qətlin baş verdiyi mənzilə benzin tökərək yandırıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ən qısa müddətdə şübhəlinin şəxsiyyəti və yeri müəyyən edilib. Həmin şəxs saxlanılaraq istintaq orqanlarına aparılıb. Ona qarşı qətl işi açılıb. Cinayət törətdiyi iddia edilən şəxsin tutulması məsələsi həll edilir.




Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər