Bütün xəbərlər
Kanadalı gənc xokkeyçilər cinsi təcavüzdə ittiham olunurlar
Tarix: 24-01-2024 22:30 | Bölmə: Cəmiyyət

Kanadanın yeniyetmə xokkey komandasının beş oyunçusu cinsi təcavüzdə şübhəli bilinir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət 2018 "Maple" xokkeyçilərindən gedir. Artıq beş nəfərin hamısına ittiham irəli sürülüb.
Bu barədə TSN portalı məlumat yayıb. Artıq təqsirləndirilən idmançılardan könüllü təslim olmaları istənilib və hələ də ittiham olunmaq üzrə olanlara Kanada polisinə özləri məlumat vermək üçün vaxt verilib.
Xatırladaq ki, cinsi zorakılıqla bağlı bəyanat 2022-ci ilin mayında bir qadın tərəfindən verilib. İddia Kanada Xokkey Federasiyasına, yeniyetmələrdən ibarət milli komandaya və onun səkkiz keçmiş oyunçusuna ünvanlanıb. Tələb olunan təzminatın məbləği 3,55 milyon dollardır.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər