21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
Bütün xəbərlər
Əlil şəxsi qumbara ilə partladan şəxsə hökm oxunub
Tarix: 24-01-2024 13:28 | Bölmə: Cəmiyyət

Bryansk vilayətində əlil qadının ayağına pnevmatik qumbara yerləşdirərək onu partladan yerli sakinə hökm oxunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Novozıbkovski rayonunda baş verib. İstintaqın məlumatına görə, 45 yaşlı kişi kifayət qədər sərxoş halda birinci qrup əlil olan dostuna baş çəkməyə gəlib.
Qadının köməksiz vəziyyətdə olduğunu bilən sərxoş qonaq onun ayağına pnevmatik qumbara qoyub və sancağı dartıb. Partlayış nəticəsində qadın omba nahiyəsindən xəsarət alıb, həkimlər ona dəymiş ziyanı orta ağır qiymətləndiriblər.
Regional ümumi yurisdiksiya məhkəmələrinin birgə məlumatına görə, təcavüzkar günahını etiraf edib və peşman olub. Məhkəmənin qərarı ilə o, il yarımını qəsəbə koloniyasında keçirəcək.



Baxış sayı: 406


Bölməyə aid digər xəbərlər
14-10-2026, 21:43 Fotoqraf həbs edilib