Bütün xəbərlər
Soçidə KVN festivalı iştirakçısının qətlindən sonra cinayət işi açılıb
Tarix: 23-01-2024 14:54 | Bölmə: Cəmiyyət

Dağıstanın “Laxmadju” KVN komandasının üzvü Artur Rəsulova qarşı qəsdən sağlamlığa ağır zərər vurmaq və ehtiyatsızlıqdan zərərçəkənin ölümü ilə nəticələnən cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanvarın 18-nə keçən gecə Soçinin Çernomorskaya küçəsindəki “Pearl” otelinin yaxınlığında baş verən münaqişənin qurbanı yerli “Cənubi paytaxt” komandasının 31 yaşlı sabiq futbolçusu Amiran Gevorkyan olub.Departamentin məlumatına görə, o, baş və bədən nahiyəsinə dəyib, Rəsulun güləş texnikasından istifadə etdiyi və təsadüfən rəqibini təxminən iki metr yarım hündürlüyündəki dayaq divarından atdığı bildirilirdi.
Ağır kəllə-beyin travması alan Gevorkyan bir neçə gün sonra özünə gəlmədən xəstəxanada dünyasını dəyişib. Rəqibi bu vaxta qədər şəhəri tərk etmişdi və onu saxlamaq hələ mümkün olmayıb.
Rəsulov təqsirli bilinərsə, onu “Ehtiyatsızlıqdan ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə 15 ilədək həbs cəzası gözləyir.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər