Bütün xəbərlər
Şimali Koreyada yeniyetmələr Cənubi Koreya seriallarına baxdıqları üçün 12 il ağır işlərə göndərilib
Tarix: 20-01-2024 19:55 | Bölmə: Cəmiyyət

Şimali Koreyada məhkəmə 16 yaşlı iki oğlanı Cənubi Koreya dramlarına baxdıqlarına görə 12 il ağır iş cəzasına məhkum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Cənub və Şimal İnkişafı (SAND) tədqiqat institutu tərəfindən BBC-yə təqdim edilən video görüntülərdə yeniyetmələrin ictimai yerlərdə nəzarətə götürüldüyü göstərilir - yüzlərlə tələbənin izlədiyi stadionda onların əlləri qandallanır. Səsdə deyilir ki, “çürük kukla rejim mədəniyyəti” (Cənubi Koreyanı nəzərdə tutur) hətta yeniyetmələrə də sirayət edib və məhz buna görə onların gələcəyini məhv ediblər.
Eyni zamanda, ekspertlər bu videonun COVID-19 pandemiyası zamanı çəkilə biləcəyini irəli sürürlər, çünki orada olanların hamısı tibbi maska taxırdı.
KXDR-də Cənubi Koreya filmlərinə baxmağa və ya Cənubi Koreya musiqisinə qulaq asmağa görə cəza 2020-ci ildə sərtləşdirilib. İndi bu cür hərəkətlərə görə qadağaları pozanları hətta ölüm cəzası da gözləyir.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər