Bütün xəbərlər
Çelyabinsk bazarında yanğın aradan qaldırılıb
Tarix: 19-01-2024 21:09 | Bölmə: Cəmiyyət


Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Çelyabinskdə bazarda baş verən və yaxınlıqdakı ticarət-əyləncə kompleksinə keçmə təhlükəsi yaradan yanğının yayılmasının qarşısını alıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınsöndürənlər şəhərin mərkəzində yerləşən Çelyabinsk bazarının ticarət meydançalarında baş verən yanğını lokallaşdıra biliblər. Son məlumatlara görə, yanğının sahəsi təxminən 1200 kvadratmetr təşkil edib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, xilasedicilər alovun “Avropa-Asiya” ticarət-əyləncə kompleksinin binasına keçməsinin qarşısını alıblar. Yanğın baş verən zaman bazar artıq bağlanmışdı, ilkin məlumata görə, yanan pavilyonlarda heç kim olmayıb. Hadisənin səbəbləri və şəraiti aydınlaşdırılır.




Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər