Bütün xəbərlər
Əsgər Makronun çıxışı zamanı huşunu itirib
Tarix: 19-01-2024 20:49 | Bölmə: Cəmiyyət

Fransa prezidenti Emmanuel Makronun ordu qarşısında çıxışı hadisənin kölgəsində qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əsgərlərdən biri danışarkən huşunu itirib.
Makron çıxışında əsas diqqəti Fransanın üzləşdiyi problemlərə, bütün dünyada təhlükəsizlik problemlərinə və bu çağırışların həllində ordunun roluna yönəldib.
Makron Parisdə gələcək Olimpiya Oyunları haqqında danışarkən prezidentin arxasında səhnədə dayanan Fransa Silahlı Qüvvələrinin hərbçisi özünü pis hiss edib və yıxılıb.
Həmkarları zərərçəkənə kömək edərək onu tibbi yardım üçün aparıblar, Emmanuel Makron isə hərbçilərlə əlaqəsini davam etdirərək, qorxulu heç nə baş vermədiyini bildirib.



Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər