Bütün xəbərlər
Sevgilisinin üstünə turşu tökən türkiyəli 20 il həbs cəzası alıb
Tarix: 17-01-2024 23:58 | Bölmə: Cəmiyyət

Sevgilisinin üstünə turşu tökən türkə 20 il həbs cəzası verilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstanbul məhkəməsi qəddarlıqla adam öldürməyə cəhd və ya işgəncə vermək ittihamı üzrə ən yüksək cəzaya qərar verib.
2021-ci ildə Mehmet Yıldız gecə saatlarında gizlicə Yasemin Uzunçelebinin mənzilinə girib və ona turşu vurub. Qızın bədəninin 20%-i yanıb, bir gözünü və burnunu itirərək əlil olub.
Lakin Yıldız azadlığa buraxılmasını tələb edib. O, şüşədə su olduğunu düşündüyünü israrla dilə gətirib, lakin qızın başqa kişi ilə çəkdirdiyi nalayiq fotoları görəndən sonra belə bir hərəkət etmək qərarına gəlib. Daha sonra isə qaçıb, lakin bundan əvvəl təcili yardım çağırıb.
İndi Uzunçeləbinin vəkilləri təzminat tələbi ilə ayrıca məhkəməyə müraciət etmək niyyətindədirlər.
Qızın 100-dən çox əməliyyat keçirdiyi məlum olub. O, həmçinin eşitmə qabiliyyətini yaxşılaşdırmaq üçün əməliyyat olunmalı, sonra isə göz protezi qoymalıdır, NTV xəbər verir.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər