Bütün xəbərlər
Balıqçı gəmisinin işçisi təxminən səkkiz metr hündürlükdən talvara düşüb
Tarix: 17-01-2024 21:58 | Bölmə: Cəmiyyət

Kalininqrad vilayətində gəmidə istehsalat işləri zamanı baş vermiş insidentdən sonra yoxlama aparılır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Şimal-Qərb Nəqliyyat Prokurorluğunun məlumatına görə, çərşənbə günü, yanvarın 17-də Zaxar Sorokin adlı balıqçı gəmisinin işçisi təxminən səkkiz metr hündürlükdən talvara düşüb. Qurbanın vəziyyəti barədə məlumat verilmir.
Qəza ilə əlaqədar Kalininqrad Nəqliyyat Prokurorluğu əməyin mühafizəsi qaydalarına riayət olunması ilə bağlı yoxlama aparır. Hadisənin səbəbləri araşdırılır.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər