Bütün xəbərlər
Ölümlə nəticələnən qəza anı videoregistratora düşüb
Tarix: 16-01-2024 12:22 | Bölmə: Cəmiyyət

Leninqrad vilayətində bir neçə avtomobilin, o cümlədən iki avtobusun iştirakı ilə baş verən qəzada qadın ölüb. Faktla bağlı cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə qərargahından bildirildiyinə görə, ötən gün Kinqisepp rayonunda yol qəzası baş verib. İlkin məlumata görə, 67 yaşlı “Hyundai” markalı avtobus sürücüsü qarşıdan gələn zolağa çıxıb və “Renault Captur”a çırpılıb. Mini-krossoveri 52 yaşlı Kinqisepp sakini idarə edirdi.
Bundan sonra avtobus daha iki avtomobilə çırpılıb: 44 yaşlı kişinin idarə etdiyi “Chevrolet Niva” və 61 yaşlı sürücünün idarə etdiyi digər avtobus.
“Renault Captur”u idarə edən qadın hadisə yerində dünyasını dəyişib. Qəzanın günahkarı olduğu ehtimal edilən “Hyundai”nin sürücüsü xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Polis onun Rusiya Federasiyası Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsinə uyğun olaraq saxlanmasına aydınlıq gətirib. Faktla bağlı yol hərəkəti qaydalarını pozma maddəsi ilə cinayət işi başlanıb.




Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər