Bütün xəbərlər
Gimnaziyada bədən tərbiyəsi müəllimi dərs zamanı uşağın üzünə vurub
Tarix: 15-01-2024 21:13 | Bölmə: Cəmiyyət

Voronej vilayətinin istintaq orqanları Otradnoye kəndində bədən tərbiyəsi dərsində müəllimlə şagird arasında baş verən insidentdən sonra araşdırma aparır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Novousmanski rayonunun Otradnoye kəndindəki gimnaziyada bədən tərbiyəsi müəllimi ilə uşaqlardan biri arasında münaqişə baş verib. Hadisə şahidləri idman zalında dava salan uşaqları sakitləşdirən müəllimin oğlanlardan birini vurması, sonra onun yıxılması görüntülərini lentə alıb.
Video ilə yanaşı, sosial şəbəkələrdə bədən tərbiyəsi müəlliminin dərs zamanı dəfələrlə hücuma məruz qalması barədə məlumatlar yayılıb. Bu məlumatlar, eləcə də son hadisənin hansı şəraitdə baş verməsi rayon istintaq idarəsinin əməkdaşları tərəfindən yoxlanılır, istintaqa hazırlıq yoxlaması aparılır.
Bundan əlavə, təhsil müəssisəsinin rəhbərliyi tərəfindən daxili audit təşkil edilib. Bədən tərbiyəsi müəllimi işdən uzaqlaşdırılıb. Zərərçəkənin vəziyyəti barədə məlumat verilmir.




Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər