Bütün xəbərlər
Evdə baş verən yanğında 3 nəfər ölüb
Tarix: 15-01-2024 10:31 | Bölmə: Cəmiyyət

Bryansk vilayətində fərdi yaşayış evində baş verən yanğın 3 nəfərin ölümü ilə nəticələnib, Fövqəladə Hallar Nazirliyinin regional idarəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanvarın 14-də saat 23:30 radələrində Uneça şəhərində yaşayış binasında baş verən yanğın xilasedicilər tərəfindən bir saat ərzində nəzarətə götürülüb. Yanğın sahəsi 30 kvadratmetr olub.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları otaqlara baxış keçirən zaman 62-66 yaşlarında bir qadın və iki kişi cəsədi aşkar ediblər. Onların bir-biri ilə əlaqəli olub-olmaması dəqiqləşdirilməyib.
Yanğının səbəblərini müəyyənləşdirmək hələ də davam edir.





Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər