Bütün xəbərlər
Naməlum raket yolun kənarına düşüb
Tarix: 13-01-2024 20:35 | Bölmə: Cəmiyyət

Krasnodar diyarının Pavlovski rayonunun sakinləri yolun kənarında “naməlum qurğunun parçaları” tapıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə şahidləri Pavlovskaya və Atamanskaya kəndlərini birləşdirən yolun yanındakı tarlada raket parçaları və krater tapıblar. İlkin versiyaya görə, o, gecə saatlarında düşüb və partlamayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobil yolunun Leninqradskaya və Pavlovskaya kəndləri arasında olan hissəsini bağlayıb, sürücüləri dönmə yolları axtarmağa çağırıblar.
Dağıntı və tələfat olmayıb.





Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər