Bütün xəbərlər
Baş verən yanğında üç uşaq və onların atası ölüb
Tarix: 12-01-2024 20:38 | Bölmə: Cəmiyyət

Üç uşaq və onların atası Moskvanın şimal-şərqində beşmərtəbəli binada baş verən yanğının qurbanı olub, İstintaq Komitəsinin paytaxt idarəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın 15 kvadratmetr ərazini əhatə edib, sakinlərdən heç biri Akademik Komarov küçəsindəki binanın birinci mərtəbəsindəki mənzildən çıxa bilməyib.

Əvvəllər bildirilib ki, xilasedicilər binaya baxış zamanı üç böyük və bir uşağın cəsədini aşkar ediblər, lakin sonradan məlumatda düzəliş edilib. Yanğın zamanı yeddi yaşlı uşaq, onun 13 və 14 yaşlı iki bacısı və atası ölüb. Həmin vaxt ailə başçısının həyat yoldaşı və kiçik qızı küçədə olub.
Ölümlə nəticələnən yanğının səbəbi açıqlanmayıb.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər