Bütün xəbərlər
Moskva vilayətində qazanxanada baş vermiş qəzadan sonra zavodun baş direktoru və məmur saxlanılıb
Tarix: 09-01-2024 10:15 | Bölmə: Cəmiyyət

Podolskda genişmiqyaslı istilik və isti suyun kəsilməsinə səbəb olan qəzadan sonra qazanxananın rəisi, zavodun baş direktoru və məmur saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsinin Moskva vilayəti üzrə baş idarəsindən verilən məlumata görə, Klimovski adına İxtisaslaşdırılmış Patron Zavodunun baş direktoru və müəssisənin balansında olan qazanxananın rəisi saxlanılıb. Onlar istehlakçıların təhlükəsizliyi və sağlamlığı üçün tələblərə cavab verməyən xidmətlər göstərməkdə ittiham olunurlar.
Podolsk şəhər dairəsi administrasiyası rəhbərinin müavini də saxlanılıb və ona ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham verilib. İstintaqla müəyyən edilib ki, vəzifəli şəxs qazanxanada nöqsanların olması və texniki işlərə ehtiyac olduğunu bilə-bilə onun yoxlanılması və istilik mövsümünə hazır olması barədə akt imzalayaraq zavod rəhbərliyinə hazırlıq aktı verib.
Hazırda saxlanılan şəxslərin iş yerlərində axtarış və sənədlərin götürülməsi aparılır, dindirilmələr davam etdirilir. Moskva vilayətində qəza yanvarın 4-də baş verib. İstintaqın məlumatına görə, Podolskda qazanxana işçilərinin düzgün işləməsi nəticəsində istilik magistralları qırılıb. Qəza nəticəsində Klimovsk mikrorayonunda yerləşən 170-dən çox yaşayış binası, tibb, təhsil və məktəbəqədər təhsil müəssisəsi istiliksiz və isti susuz qalıb.





Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər