Bütün xəbərlər
Sputnik radiosunun aparıcısı Trofim Tatarenkovun qapısını yandırıblar
Tarix: 08-01-2024 23:21 | Bölmə: Cəmiyyət

Sankt-Peterburq polisi məşhur radio aparıcısının mənzilinin giriş qapısını yandırmaqda şübhəli bilinən şəxslərin kimliyini müəyyənləşdirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sputnik radiosunun “İzolenta” proqramının aparıcısı Trofim Tatarenkovun sosial şəbəkələrdəki səhifəsində verdiyi məlumata görə, Milad bayramında naməlum şəxslər onun Sankt-Peterburqdakı mənzilinin zirehli qapısını yandırıblar.
Jurnalistin sözlərinə görə, hücum edənlər cinayəti törətməyə hərtərəfli hazırlaşıblar. Qapı təkərlər və lövhələrlə örtülmüşdü, üzərinə molotov kokteyli atılmışdı.
Yanğın zamanı mənzildə heç kim olmayıb. İlkin məlumatlara görə, salona ziyan dəyməyib. Tatarenkov artıq polisə ərizə yazıb və bu işdə Ukrayna izinin olduğunu ehtimal edir.
Radio aparıcısı sosial şəbəkələrdəki səhifəsində yazıb: "Əgər düşmənlər bizi qorxutmaq fikrindədirlər ki, işimizi dayandıraq, deməli yanılırlar. Biz işləmişik, işləyirik və işləməyə davam edəcəyik".
Polis yanğın törədənləri müəyyənləşdirir və onları axtarır.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər