Bütün xəbərlər
Rus qızlarının alçaldılmasını əks etdirən videonun müəllifi İstintaq Komitəsinə aparılıb
Tarix: 07-01-2024 20:23 | Bölmə: Cəmiyyət

Moskvada nifrəti qızışdıran və insan ləyaqətini alçaldan videolar yayan Tacikistan vətəndaşına qarşı iş açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ötən il dekabrın əvvəlində 5 il əvvəl Tacikistandan Rusiyaya gələn gənc insan ləyaqətinin alçaldılması, nifrət və düşmənçiliyin qızışdırılması əlamətlərini əks etdirən videoçarxlar çəkərək internetdə yayıb. Kadrlarda gənclər slavyan görkəmli qızları təhqir edib, aşağılayıblar.
Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi cinayət işinin başlandığını elan edib. Şübhəli şəxs saxlanılıb, müstəntiqlər onunla işləyirlər. Saxlanılan şəxsin çəkdiyi digər videolar yoxlanılır. Bundan əlavə, Moskva İstintaq Komitəsinin əməkdaşları bütün çəkiliş iştirakçılarının hərəkətlərini qiymətləndirəcəklər. Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər