Bütün xəbərlər
Ana körpələrini soyuq evə atıb, yeni doğulmuş oğlan uşağı ölüb
Tarix: 03-01-2024 22:54 | Bölmə: Cəmiyyət

Altay Respublikasının Mayminski rayonunun Podqornoye kəndində azyaşlı uşaqların iştirakı ilə faciə baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çərşənbə günü məlum olduğu kimi, Yeni il ərəfəsində 21 yaşlı qadın uşaqlarını ataraq qonşu kəndə gedib.
Dekabrın 31-də baxımsız qalan uşaqlar istiliksiz evdə yeməksiz qalıblar.
Yanvarın 3-ü axşam saatlarında yaxın qohumu ailəni yoxlamaq üçün gəlib və yeni doğulan oğlanın öldüyünü, iki yaşlı qardaşının isə donmaq üzrə olduğunu aşkar edib.
“İlkin məlumatlara görə, dörd aylıq uşağın ölümünə hipotermiya səbəb olub”, - İstintaq Komitəsinin regional baş idarəsinin mətbuat xidməti vurğulayıb.
Sağ qalan uşaq xəstəxanaya çatdırılıb, ona lazımi yardım göstərilib, hazırda onun həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.



Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər