Bütün xəbərlər
Polis pasportunu xalqın gözü qarşısında yandıran qızla bağlı araşdırma aparır
Tarix: 01-01-2024 21:31 | Bölmə: Cəmiyyət

Bryanskın sərxoş sakini Rusiya pasportunu xalqın gözü qarşısında yandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir sıra Telegram kanallarının məlumatına görə, qız bunu Ukrayna Silahlı Qüvvələrinə dəstək əlaməti olaraq edib.
Çoxsaylı hadisə şahidləri baş verənləri mobil telefonlarına çəkib, yüksək səslə qışqırıb, gülüb, nalayiq zarafatlar ediblər.
"Qızın şəxsiyyəti müəyyən edilib və yoxlama aparılır", - Rusiya Daxili İşlər Nazirliyinin Bryansk vilayəti üzrə mətbuat xidməti bildirib.
RİA Novosti yazır ki, polis pasportun sahibinin kim olduğunu dəqiqləşdirməyib.
Bu ilin iyununda müğənni Eduard Şarlotta pasportunu yandırarkən çəkilmiş videonu yayımlayıb. Eyni zamanda o, artıq özünü Rusiya vətəndaşı hesab etmədiyini və Kiyevə köçməyə hazırlaşdığını bəyan edir. Ancaq bir neçə ay sonra o, etdiyi hərəkətlərə görə üzr istədi və izah etdi ki, "səhvən yalan məlumatlara aludə olub".



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər