Bütün xəbərlər
Xəstənin sərxoş əri təcili yardımın feldşerini döyüb
Tarix: 01-01-2024 20:30 | Bölmə: Cəmiyyət

Yeni ilin ilk günü Saratovda baş verən hadisə cinayət işinin başlanması ilə nəticələnib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsinin bazar ertəsi, yanvarın 1-də verdiyi məlumata görə, yaşayış binasındakı mənzilə iki feldşerdən ibarət təcili tibbi yardım briqadası gəlib.
Xəstənin əri həkimlərin görünüşünə mənfi reaksiya verib və aqressivlik nümayiş etdirməyə başlayıb.
Bir müddət sonra sərxoş vəziyyətdə olan 59 yaşlı kişi təcili tibbi yardımın tibb işçilərindən birinə hücum edərək feldşerin başından bir neçə zərbə endirib.
Nəticədə vətəndaşın hərəkətləri “Döymə” maddəsi ilə tövsif edilib, istintaqın gedişi ilə bağlı məlumatlar İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə təqdim olunacaq.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər